Modern.az

İmamoğlunun diplomu bazadan silindi

İmamoğlunun diplomu bazadan silindi

Dünya

7 May 2025, 00:33

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan bələdiyyə sədri Ekrem İmamoğlunun diplomu İstanbul Universitetinin məlumat bazasından silinib.

Modern.az bu barədə "Hurriyet" qəzetinə istinadən xəbər verir.

İmamoğlunun vəkili İstanbul Universitetinin diplomunun ləğvi ilə bağlı inzibati məhkəməyə müraciət edərək icraatın dayandırılmasını istəyib.

Qeyd edək ki, sabiq bələdiyyə sədri ilə yanaşı 8 nəfərin diplom məlumatları universitetin bazasından silinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı