Modern.az

Hindistan Kəşmirdə məscidi dağıtdı - 1 nəfər öldü

Hindistan Kəşmirdə məscidi dağıtdı - 1 nəfər öldü

7 May 2025, 08:22

Hindistan Kəşmir bölgəsində yerləşən məscidi hədəfə alıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Kəşmirin paytaxtı Müzəffərabadda məscidə ziyan dəyib.

Təhlükəsizlik qüvvələri hücum zamanı məscidin minarəsinin dağıldığını bildirib.

Məscidə hücum nəticəsində bir nəfərin öldüyünü qeyd olunub.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə