Modern.az

Türkiyədən Pakistana DƏSTƏK

Türkiyədən Pakistana DƏSTƏK

7 May 2025, 21:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, liderlər Hindistan-Pakistan gərginliyini müzakirə ediblər.

 

R.T.Ərdoğan telefon söhbəti zamanı Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib.

 

O, Pakistanın Hindistanla gərginlik prosesində göstərdiyi soyuqqanlı siyasətin Ankara tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

 

Türkiyə lideri Cammu və Kəşmir bölgəsindəki terror hücumu ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq təhqiqatın aparılması təklifin məqsədəuyğun olduğunu vurğulayıb:

 

"Türkiyə gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır və bu mövzuda diplomatik təmaslar davam etdiriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə