Modern.az

Zelenski Ərdoğanla bağlı paylaşım etdi

Zelenski Ərdoğanla bağlı paylaşım etdi

Dünya

15 May 2025, 19:03

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüşlə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, “X” səhifəsində Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, dənizdə minalardan təmizləmə, Ukraynanın yenidən qurulması və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini də müzakirə etdiyini diqqətə çatdırıb.

 

O, bu məsələlərin əksəriyyəti ilə bağlı həmkarı ilə ortaq baxışa malik olduğunu qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə