Modern.az

11-ci nəvəsinin doğulması münasibətilə Trampı təbrik etdi

11-ci nəvəsinin doğulması münasibətilə Trampı təbrik etdi

Dünya

20 May 2025, 00:09

Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampı on birinci nəvəsinin dünyaya gəlməsi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

 

"Prezidentimiz Donald Trampı on birinci nəvəsinin doğulması münasibətilə təbrik etdi və təbii ki, yeni doğulan körpəyə və Trampın qızına sağlamlıq arzuladı", - deyə o qeyd edib.

 

Uşakov hər iki liderin “səmimi və konstruktiv söhbət” apardığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə