Modern.az

Matviyenko qondarma erməni soyqırımı abidəsinə baş əydi

Matviyenko qondarma erməni soyqırımı abidəsinə baş əydi

6 İyun 2025, 12:49

İrəvana rəsmi səfər edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti iyunun 6-da Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın müşayiəti ilə “Sisernakaberd memorial kompleksi”ni ziyarət edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, “Sisernakaberd Memorial Kompleksi” adlanan “abidə" qondarma soyqırımını ifadə edir.

Rusiya nümayəndə heyətini Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin də müşayiət edir.
 

 

Sizə yeni x var
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı