Modern.az

Qazaxıstanın müdafiə və nəqliyyat nazirləri işdən çıxarıldı

Qazaxıstanın müdafiə və nəqliyyat nazirləri işdən çıxarıldı

8 İyun 2025, 13:13

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu, eləcə də əvvəllər töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi tutduğu vəzifədən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

 

Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

 

Dövlət başçısının mətbuat xidməti hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə məlumat verməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə