Modern.az

İsrail İranın daha iki generalını öldürüb - Netanyahu TƏSDİQLƏDİ

İsrail İranın daha iki generalını öldürüb - Netanyahu TƏSDİQLƏDİ

Dünya

15 İyun 2025, 20:43

İsrail İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus binaya aviazərbələr endirib.

Modern.az İsrail mətbuatına istinadən xəbər ki, SEPAH-ın kəşfiyyat rəisi general Məhəmməd Kazımi və müavini general Həsən Mühəqqəq dağıntılar altında qalıb.

Onların sağ olub-olmadığı bəlli deyil.

İsrailin Baş naziri Benyamin Netanyahu FOX kanalına müsahibəsində onların hər ikisinin öldürüldüyünü bildirib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb. İsrailin hücumları nəticəsində İranın yüksək vəzifəli hərbi rəsmiləri həlak olub. Onlar aşağıdakılardır:

- SEPAH komandiri general Hüseyn Salami

- Baş Qərargah rəisi general Məhəmməd Baqiri 

- SEPAH-ın Hatəm-əl Ənbiya Mərkəzi Qərargahının rəhbəri general Qulaməli Rəşid

- SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.

- İran Baş qərargah rəisinin əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbani

- İran Baş Qərargahının kəşfiyyat rəhbəri General Qulam Rza Mehrabi

Hücum nəticəsində İranın bir neçə mühüm nüvə alimi də ölüb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə