Modern.az

İsrail Tehrana raketlər daşıyan yük maşınlarını vurdu

İsrail Tehrana raketlər daşıyan yük maşınlarını vurdu

Dünya

16 İyun 2025, 16:50

İsrail Tehrana raketlər daşıyan yük maşınlarını vurub.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

"Tehrana raketlər daşıyan yük maşınlarının yerini müəyyənləşdirib onlara zərbələr endirik.

İranın qərbindən Tehrana doğru irəliləyən “yer-hava” raket qurğularını daşıyan yük maşınları da daxil olmaqla, içərisində silah olan bir neçə yük maşını müəyyən edilib.

Ordumuz yük maşınlarına zərbələr endirib, silahları və atıcıları zərərsizləşdirib”, - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir