Modern.az

Qəzza sakinləri Qazaxıstana köçürüləcək? - RƏSMİ CAVAB 

Qəzza sakinləri Qazaxıstana köçürüləcək? - RƏSMİ CAVAB 

Dünya

22 İyun 2025, 23:51

Qazaxıstan Xarici İşlər Nazirliyi Qəzza zolağı sakinlərinin Qazaxıstan, Özbəkistan və Tacikistana köçürülməklə təxliyəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

 

Modern.az “StopFake” resursuna istinadla xəbər verir ki, yalan məlumatda mərhələli təxliyənin 2026-cı ildə başlayacağı iddia edilib.

 

“Bu məlumat həqiqətə uyğun deyil. Sizdən yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik”, - deyə Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat