Modern.az

İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI

İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI

Dünya

24 İyun 2025, 22:57

İyunun 13-də başlayan və bu gün səhər saatlarında dayanan İsrail və İran arasında toqquşmada hər iki tərəf ağır itkilər verib.

Modern.az-ın məlumatına görə, İran Səhiyyə Nazirliyi ölkədə İsrailin endirdiyi zərbələr nəticəsində 600-dən çox insanın həlak olduğunu, ümumilikdə təxminən 5 min nəfərin isə yaralandığını açıqlayıb.

İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.

Müşavir qeyd edib ki, müharibə başlayandan bəri İsrail ərazisinə təxminən 550 raket atılıb, 1 000-dən çox PUA buraxılıb. İsrailin Vergi İdarəsinə dəymiş ziyanla bağlı 38 700 müraciət daxil olub. Bundan əlavə, 15 500-dən çox insan evsiz qalıb.

Münaqişə zamanı İsrailin hava məkanı da bağlanıb. 150 minə yaxın vətəndaş hazırda evlərinə qayıda bilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat