Modern.az

Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı - FOTO

Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı - FOTO

Dünya

25 İyun 2025, 16:58

NATO-ya üzv olan ölkələrin liderləri Niderlandda toplaşıblar.

Modern.az-ın məlumatına görə, Haaqada keçirilən iclasın sonunda müttəfiqlər hərbi xərcləri artırmaq barədə razılaşıblar.

Liderlər 2035-ci ilə qədər ümumi daxili məhsulun 5%-nin müdafiə xərclərinə sərf olunması ilə bağlı razılığa gəliblər. Birgə bəyanatda “Rusiyadan və terrorizmdən gələn təhdidlərə qarşı” alyans üzvlərinin həmrəy olduğu vurğulanır.

Sammitdə iştirak edən liderlərin geyimləri diqqət çəkib. Onlar fərqli rənglərdə qalstuk taxıblar.

Albaniyanın baş naziri Edi Ramanın isə sammitə ağ rəngli idman ayaqqabısı ilə qatılması xüsusilə müzakirə olunub.

1445623

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat