Modern.az

Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır

Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır

Dünya

26 İyun 2025, 21:45

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki vəziyyətlə bağlı razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ-nin İrana zərbə endirməsindən dərhal sonra Amerika lideri Donald Tramp, dövlət katibi Marko Rubio, İsrailin Baş naziri Benyamin Netanyahu və strateji işlər naziri Ron Dermer arasında dördtərəfli telefon danışığı olub.

İddia olunur ki, danışıqlar zamanı Tramp və Netanyahu beş bəndlik fəaliyyət planı üzərində razılığa gəliblər.

Amerika liderinin və Netanyahunun planına görə, Qəzza zolağında müharibə iki həftə ərzində başa çatmalıdır.

Planda HƏMAS rəhbərlərinin üçüncü ölkələrə deportasiya edilməsi və girovların azad olunması nəzərdə tutulur.

İsrail və ABŞ liderləri qərara gəliblər ki, bir neçə ölkə Qəzza sakinlərini qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat