Modern.az

PKK-nın tərksilah prosesi 10 günə başlayacaq

PKK-nın tərksilah prosesi 10 günə başlayacaq

Dünya

2 İyul 2025, 09:45

Terror qruplaşması PKK-nın 50 nəfərlik ilk qrupu 10 gün ərzində Şimali İraqın Dahuk şəhərində silahlarını yerə qoyacaq.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

Qeyd olunub ki, təşkilatın özünün tərksilah olma prosesi sentyabra qədər başa çata bilər. Terrorçular tərəfindən silahların təhvil verilməsi Türkiyə nümayəndələrinin, İraqın mərkəzi orqanlarının və İraq Kürdüstanı administrasiyasının nəzarəti altında baş tutacaq.

Qeyd edək ki, PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan may ayının 12-də silahı yerə qoymaqla bağlı çağırış edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat