Modern.az

Türkiyədə təyyarə qəzası

Türkiyədə təyyarə qəzası

Dünya

2 İyul 2025, 22:43

Türkiyədə şəxsi təyyarə qəzaya uğrayıb.

Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Bayburt-Ərzurum şəhərləri arasındakı ərazidə qeydə alınıb. Hadisə zamanı 2 nəfər itkin düşüb.

Əraziyə jandarma, xilasedicilər, təcili yardım maşınları cəlb olunub, axtarış-xilasetmə əməliyyatına başlayıb.

Yüngül mühərrikli təyyarənin qəzaya uğradığı ərazinin dəqiq müəyyən edilməsi üçün araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat