Modern.az

ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!

ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!

Dünya

3 İyul 2025, 11:52

Yüksək terror riski, iğtişaşlar, qaçırılma və həbs olunma təhlükələri ilə əlaqədar olaraq ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın İrandakı virtual səfirliyinin saytında bildirilib.

Qeyd edilib ki, ABŞ vətəndaşları yeniliklərlə bağlı yerli medianı yaxından izləməli və İrandan təşkil olunan kommersiya uçuşları ilə bağlı məsləhətləşmə aparmalıdır.

"İyul 2-dən etibarən İranın hava sahəsi qismən açılıb. Buna baxmayaraq, Tehran və digər şəhərlərdən kommersiya uçuşlarının fəaliyyətində fasilələr ola bilər. ABŞ vətəndaşları quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və ya Türkmənistana keçə bilərlər”, - məlumatda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat