Modern.az

İsrail "Hizbullah" komandirini öldürdü

İsrail "Hizbullah" komandirini öldürdü

Dünya

3 İyul 2025, 21:45

İsrail "Hizbullah" hərəkatının silahlı qanadının komandirlərindən birini zərərsizləşdirib.

 

Modern.az bu barədə "Al-Jadeed" telekanalına istinadla xəbər verir.

 

Bildirilir ki, o, İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun cənubunda hərəkətdə olan avtomobilə dronla endirdiyi zərbə nəticəsində öldürülüb.

 

Qeyd edilir ki, öldürülən komandir "Hizbullah" rəhbərliyində İranın İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) tərkibinə daxil olan "Əl-Qüds" qüvvələri ilə qarşılıqlı əlaqəyə görə cavabdehlik daşıyıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir