Modern.az

Almaniyada hərbi helikopter qəzaya uğradı

Almaniyada hərbi helikopter qəzaya uğradı

29 İyul 2025, 17:00

Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Saksoniya federal torpağında Grimma şəhəri yaxınlığında baş verib. Şahidlərin məlumatına görə, helikopterin qalıqları Mulde çayında aşkar edilib.

Hazırda hadisə yerində polis və xilasedicilər işləyir, pilotun axtarışları aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?