Modern.az

Nyu-Yorkda ZƏLZƏLƏ

Nyu-Yorkda ZƏLZƏLƏ

3 Avqust 2025, 09:06

ABŞ-nin Nyu-York şəhəri yaxınlığında 3 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 22:18-də (Bakı vaxtı ilə bazar günü 06:18) Manhettendən 13 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?