Modern.az

Fatih Altaylının “Youtube” kanalı bloklandı

Fatih Altaylının “Youtube” kanalı bloklandı

8 Avqust 2025, 08:46

Türkiyədə prezidentə hədə-qorxu gəlməkdə ittiham olunaraq həbs olunan jurnalist Fatih Altaylının “Youtube” kanalı bloklanıb.

Modern.az xəbər verir ki, bu barədə qərarı ötən gün İstanbul məhkəməsi verib.

Məhkəmənin qəbul etdiyi qərar icra olunmaq üçün İnformasiya Texnologiyaları Qurumuna (BTK) göndərilib.

Qeyd edək ki, Altaylının ittihamnamə üzrə ilk məhkəmə prosesi oktyabrın 3-ü baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!