Modern.az

Bizə əvvəlcədən məlumat verilmişdi - Fidan Vaşinqton görüşündən DANIŞDI

Bizə əvvəlcədən məlumat verilmişdi - Fidan Vaşinqton görüşündən DANIŞDI

9 Avqust 2025, 15:41

Azərbaycan torpaqları - Qarabağ bölgəsi təxminən 30 il Ermənistan işğalı altında qaldı.

Modern.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan qəhrəmancasına mübarizə ilə torpaqlarını işğaldan azad edib:

“Bizə əvvəlcədən məlumat verilmişdi, əldə edilən sülh vacibdir. Əlbəttə torpaqların işğaldan azad edilməsi bölgədəki dondurulmuş münaqişənin davamlı sülh müqaviləsi ilə sona çatmasını şərtləndirirdi. Tərəflər arasında uzun müddətdir müzakirələr gedirdi. Dünən Vaşinqtonda sülh sazişi paraflandı, sülh sazişinin imzalanmasını gözləyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat