Modern.az

Daha bir ölkə Fələstini tanımağa hazırlaşır

Daha bir ölkə Fələstini tanımağa hazırlaşır

Dünya

11 Avqust 2025, 08:07

Avstraliya yaxın günlərdə Fələstin dövlətini tanımağa hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” nəşri adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ölkənin Baş naziri Entoni Albanez bu məsələdə daxili təzyiqlərlə üzləşib.

Belə ki, bu ayın əvvəlində Sidneydə on minlərlə insanın iştirakı ilə Fələstinə dəstək yürüşü keçirilib.

Xatırladaq ki, bundan əvvəl Fransa Fələstini tanıdığını bəyan edib. Bir sıra Avropa ölkələri və Kanada da oxşar addımı atmağı düşünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi