Modern.az

Prezidentliyə namizəd sui-qəsddən sonra öldü

Prezidentliyə namizəd sui-qəsddən sonra öldü

Dünya

11 Avqust 2025, 16:03

Kolumbiya prezidentliyinə namizəd senator Migel Uribe sui-qəsddən sonra dünyasını dəyişib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, senator iyun ayında Boqotada xalq qarşısında çıxışı zamanı hücuma məruz qalmışdı. Mətbuat başından yaralanan senatorun vəziyyətinin ağır olduğunu yazırdı.

Hadisəni törədən şəxs saxlanılıb. Onun 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb və senatora yaxınlaşaraq onun kürəyindən təxminən altı dəfə atəş açıb. Səlahiyyətlilər hücumda başqa şəxslərin də əli olub-olmadığını araşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat