Modern.az

Zelenski Almaniyaya gedib

Zelenski Almaniyaya gedib

Dünya

13 Avqust 2025, 17:09

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 13-də Berlinə gedib. Almaniyada o, ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn görüşlər keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Zelenskinin ofisinə istinadən məlumat yayıb.

Berlin hava limanında Zelenskini bir sıra rəsmi şəxslər, o cümlədən Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev qarşılayıb.

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib ki, Vladimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə görüş keçirəcək.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat