Modern.az

Vuçiç prezidentliyə namizəd olmayacaq

Vuçiç prezidentliyə namizəd olmayacaq

Dünya

13 Avqust 2025, 19:05

Serbiya Prezidenti Aleksandar Vuçiç növbəti prezident seçkisində iştirak etməyi planlaşdırmır.

 

Modern.az xəbər verir ki, bu barədə siyasətçi Avstriyanın federal Kansleri Kristian Ştoker ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

 

 

Dövlət başçısı prezidentlik karyerasını ilyarım sonra başa vuracağını xatırladıb.

 

"Mən siyasi veteranam, artıq namizədliyimi irəli sürə bilmərəm və konstitusiyanı dəyişdirmək niyyətində deyiləm", - deyə Serbiya prezidenti bildirib.

 

Vuçiç əlavə edib ki, Serbiyada növbədənkənar parlament seçkisi keçirilə bilər.

 

Serbiyada növbəti prezident seçkisi 2027-ci ildə keçiriləcək. Vuçiç 2017-ci ildə dövlət başçısı vəzifəsinə gəlib. 2022-ci ildə o, səslərin 58.58%-i ilə yenidən seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat