Modern.az

Bu gün böyük gündür - TRAMP

Bu gün böyük gündür - TRAMP

Dünya

18 Avqust 2025, 17:37

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçiriləcək görüş barədə hisslərini bölüşüb.

Modern.az xəbər verir ki, o, bugünkü günü “böyük gün” adlandırıb və heç vaxt bu qədər Avropa liderinin eyni vaxtda Ağ Evə toplaşmadığını deyib.

“Bu Amerika üçün böyük şərəfdir. Nəticələrin nə olacağını görəcəyik”- Tramp qeyd edib.

Xatırladaq ki, bu gün Ağ Evdə ABŞ prezidenti, Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat