Modern.az

Amma siz inqilab etmədiniz... - Paşinyan

Amma siz inqilab etmədiniz... - Paşinyan

Dünya

18 Avqust 2025, 19:00

Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayım zamanı bildirib.

“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin. Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq. Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat