Modern.az

Niderlandda İsrail böhranı - 9 nazir istefa verdi

Niderlandda İsrail böhranı - 9 nazir istefa verdi

Dünya

23 Avqust 2025, 09:45

Niderland hökumətində İsrailə qarşı əlavə sanksiyalar məsələsi ciddi böhrana səbəb olub.

Modern.az-ın məlumatına görə, xarici işlər naziri Kaspar Veldkamp sanksiyaların qarşısının alınması üçün istefa verdiyini açıqlayıb.

Onun ardınca Yeni Sosial Razılaşma Partiyasından (NSC) olan daha 8 nazir və dövlət katibi də vəzifələrindən ayrılıb.

Veldkamp İsrailə qarşı əlavə addımlar ata bilmədiyini, buna görə də siyasi imkanlarının qalmadığını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat