Modern.az

Ermənistan məhsulları Rusiyaya BURAXILMADI

Ermənistan məhsulları Rusiyaya BURAXILMADI

Dünya

24 Avqust 2025, 10:57

Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib.

 

D.Qarnik bildirib ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır.

 

Onun sözlərinə görə, sürücülər keçidə icazə verilməməsinə "fitosanitar problemlər"in səbəb göstərildiyini deyiblər.

 

Deputat digər yüklərlə, xüsusilə tikinti materialları ilə olan avtomobillərin də ciddi yoxlamaya məruz qaldığını bildirib.

 

D.Qarnik vurğulayıb ki, hakimiyyət hadisəyə adekvat reaksiya verməyib və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat