Modern.az

ABŞ İraqda iki bazanı tərk edir

ABŞ İraqda iki bazanı tərk edir

Dünya

24 Avqust 2025, 20:28

ABŞ hakimiyyəti öz qoşunlarını İraqdakı Eyn əl-Əsəd və Viktoriya hərbi bazalarından çıxarmaq, eləcə də bütövlükdə hərbi qüvvələrin ölkədən çıxarılması prosesini sürətləndirmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, ABŞ ordunun çıxarılması ilə bağlı əvvəllər müəyyən edilmiş qrafikə əməl etməyəcək.

 

Qeyd olunur ki, ABŞ bölmələri İraq Kürdüstanının Ərbil əyalətinə köçürülür, bəzi qoşunlar isə başqa ərəb ölkəsinə göndərilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat