Modern.az

Zelenski də günahsız deyil - TRAMP

Zelenski də günahsız deyil - TRAMP

Dünya

27 Avqust 2025, 11:00

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini tam günahsız hesab etmir.

Modern.az-ın məlumatına görə, o, bu barədə Ağ Evdə danışıb.

“Tango üçün iki nəfər lazımdır”, – deyə o, kabinet iclasında bildirib.

Trampın fikrincə, münaqişənin həlli üçün Zelenski ilə Vladimir Putinin görüşü vacibdir.

O əlavə edib ki, ABŞ artıq Kiyevə maliyyə yardımı göstərmir, NATO isə hərbi texnikanı maliyyələşdirir. Tramp Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin “çox yaxşı” olduğunu vurğulayıb.

Sizə yeni x var
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir