Modern.az

Paşinyan Bayden administrasiyasını tənqid etdi

Paşinyan Bayden administrasiyasını tənqid etdi

Dünya

28 Avqust 2025, 13:57

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Ceyms Obraynın işini tənqid edib.

Modern.az xəbər verir ki, bu barədə o, mətbuat konfrasında danışıb.

Paşinyanın sözlərinə görə, məhz Obraynın dövründə Ermənistan ən həssas vəziyyətə düşüb.

"Əgər cənab Obraynın Ermənistan Respublikasının zəifliyindən danışırsa, qeyd etməliyəm ki, Ermənistan onun və onların hakimiyyəti dövründə (Bayden administrasiyası nəzərdə tutulur - red.) ən həssas vəziyyətdə olub. Mən 2021, 2022 və 2023-cü il hadisələrini xatırlamaq istərdim", - Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, o vaxtkı ABŞ administrasiyasının reaksiyası və regionda sülh prosesinə dəstək göstərməsi onu heç vaxt qane etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir