Modern.az

Sabiq spikerin qətlinə görə tutulan var

Sabiq spikerin qətlinə görə tutulan var

Dünya

1 Sentyabr 2025, 08:12

Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib

"Şübhəlinin ilk ifadəsi var. Hazırda bu qətlin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində növbəti təxirəsalınmaz istintaq hərəkətləri aparılır", - dövlət başçısı əlavə edib.

Parubiy avqustun 30-da Lvov rayonlarından birində öldürülüb. Qeyd olunub ki, qatil kuryer adı altında cinayət yerindən qaça bilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır