Modern.az

Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır

Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır

Dünya

6 Sentyabr 2025, 20:03

Kiyevdə Fransa və Böyük Britaniyanın iştirakı ilə çoxmillətli qüvvələrin qərargahının formalaşmasına başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.

 

Məlumata görə, bu, Rusiya ilə atəşkəs olacağı təqdirdə hərəkətləri əlaqələndirmək üçün NATO və müttəfiq ölkələrin dəstəyi ilə yaradılan struktur olacaq.

 

Qərargaha rəhbərliyi Böyük Britaniya və Fransa birgə həyata keçirəcək.

 

Məlumata görə, qərargahı komandanlığı əvvəlcə Parisdə yerləşəcək, daha sonra isə Londona köçürülməsi planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?