Modern.az

Ermitaj muzeyi bağlandı - SƏBƏB

Ermitaj muzeyi bağlandı - SƏBƏB

Dünya

7 Sentyabr 2025, 23:41

Rusiyanın Ermitaj muzeyi bağlanıb.

Modern.az xəbər verir ki, naməlum şəxs muzeydə bomba yerləşdirildiyini bildirib.

Hazırda xüsusi xidmət orqanları və mütəxəssislər muzeyin ekspozisiya zallarını və xidmət sahələrini yoxlayır. Ziyarətçilərin təhlükəsizliyi üçün bina müvəqqəti bağlanıb.

İlkin məlumatlara görə, hadisə ilə bağlı araşdırma aparılır və muzeyin fəaliyyətinin nə vaxt bərpa olunacağı hələlik açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?