Modern.az

Millimiz Avropa ikincisi oldu

Millimiz Avropa ikincisi oldu

Dünya

8 Sentyabr 2025, 00:09

Danimarkanın paytaxtı Kopenhagendə basketbolun 3x3 növü üzrə Avropa Kubokuna yekun vurulub.

 

Modern.az xəbər verir ki, turnirdə iştirak edən qadınlardan ibarət Azərbaycan millisi final oyununda son dünya çempionu olan Niderland yığması ilə qarşılaşıb.

 

Rəqibinə 16:21 hesabı ilə məğlub olan komandamız gümüş medal qazanıb.

 

Azərbaycan millisi qrup mərhələsində Fransa (21:16) və Ukraynaya (21:14), 1/4 finalda Polşaya (16:13), yarımfinalda isə İspaniyaya (21:17) qalib gəlmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!