Modern.az

Polşa Belarus sərhədinə hərbi texnika toplayır - GÖRÜNTÜLƏR

Polşa Belarus sərhədinə hərbi texnika toplayır - GÖRÜNTÜLƏR

Dünya

10 Sentyabr 2025, 13:51

Polşa Ordusu Belarus sərhədinə hərbi texnika toplayır.

Modern.az xəbər verir ki, bu barədə Polşanın “Birinci Milli” dövlət telekanalı məlumat yaayıb.

Telekanalın yaydığı kadrlarda hərbi texnika kolonlarının ümumi istifadə üçün nəzərdə tutulan yollarda sərhədə doğru hərəkət etdiyi görünür.

Məlumatda bildirilir ki, bu hadisə Varşavada NATO-nun 4-cü maddəsinin tətbiqi imkanlarının müzakirəsi ilə eyni vaxta təsadüf edib. Sözügedən maddə alyans üzvlərinə təhlükəsizlik təhdidi yarandıqda məsləhətləşmələr aparma imkanı verir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?