ABŞ Prezidenti Donald Tramp Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə Polşanın hava məkanını pozmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşım edib.
“Rusiyanın Polşa hava məkanını dronlarla pozması? Başlayırıq!”, - Tramp yazıb.
Xatırladaq ki, Polşa hakimiyyəti sentyabrın 10-na keçən gecə ölkənin hava məkanının azı 19 dəfə pozulduğunu açıqlayıb. Polşa ordusu bir neçə rus PUA-sını vurduğunu bəyan edib. Hadisədən sonra NATO-nun 4-cü maddəsi işə salınıb və alyans daxilində məsləhətləşmələr başlayıb.