Modern.az

Rusiyada daha bir azərbaycanlıya hökm oxundu

Rusiyada daha bir azərbaycanlıya hökm oxundu

Dünya

10 Sentyabr 2025, 22:47

Rusiyanın Kalininski Rayon Məhkəməsində 18 yaşlı azərbaycanlı Sənan Musayevə hökm oxunub.

Modern.az xəbər verir ki, bu barədə şəhər məhkəmə instansiyalarının birləşdirilmiş mətbuat xidməti məlumat yayıb.

Məhkəmə onu ümumi rejimli koloniyada 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Məhkəmənin qərarına görə, hadisə 2023-cü ilin oktyabrında baş verib. Həmin vaxt Tümen vilayətində yaşayan və “Telegram” kanalına administratorluq edən Musayev sosial şəbəkədə Sankt-Peterburq sakini ilə mübahisə edib. Münaqişədən sonra o, qarşı tərəfin adını, soyadını, doğum tarixini və ünvanını paylaşaraq, həmvətənlərini həmin şəxsi tapmağa və üzr istəməyə məcbur etməyə çağırıb.

İstintaq orqanları bu paylaşımda “zorakılıq hədəsi”, həmçinin “azərbaycanlılarla digər xalqları qarşı-qarşıya qoyan nifrət və düşmənçilik elementləri” aşkar ediblər.

Məhkəmə iclasında Musayev Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsi (“nifrət və ya ədavət salma, insan ləyaqətini alçaltma”) ilə təqsirli bilinərək cəzalandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?