Modern.az

ABŞ rəsmisi Ermənistana gedir

ABŞ rəsmisi Ermənistana gedir

Dünya

11 Sentyabr 2025, 20:22

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan sentyabrın 11-12-də Ermənistanda səfərdə olacaq.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin İrəvandakı səfirliyi məlumat yayıb.

"Bu səfər ABŞ və Ermənistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini vurğulayır. Strateji tərəfdaşlığımızın əsaslarını inkişaf etdirərək, biz ikitərəfli əlaqələri gücləndirməyə və qarşılıqlı maraq doğuran əsas sahələrdə əməkdaşlıq imkanlarını araşdırmağa davam edirik", - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat