Modern.az

Rusiya ordusunun ən azı iki polkovniki məhv edilib - Hərbi bloger

Rusiya ordusunun ən azı iki polkovniki məhv edilib - Hərbi bloger

Dünya

12 Sentyabr 2025, 13:46

Ukrayna silahlı qüvvələrinin zabiti və hərbi bloger Anatoli Stefan Rusiya ordusunun komandanlıq məntəqəsinə endirilən zərbələr nəticəsinə düşmən tərəfinin böyük itki verdiyi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, Ukrayna silahlı qüvvələrinin sözügedən hücumu bir müddət öncə - avqustun 30-da Zaporojye vilayətinin Voskresenka kəndin olub.

Hərbi bloger komanda məntəqəsinə hücum nəticəsində Rusiya ordusunun azı iki polkovnik-leytenantının həlak olduğunu iddia edib.

O cümlədən, polkovnik-leytenant Dmitri Paşabekov və polkovnik-leytenant Ruslan Şiqabutdinovun ölüm faktı təsdiqlənib.

Rusiya itkilərini izləyən Ukrayna mənbələrinin məlumatına görə, həmin hücumda ümumilikdə 17 zabit və bir sıravi əsgər həlak olub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə