Modern.az

Çarli Kirkin qatilini yaxaldıq - TRAMP

Çarli Kirkin qatilini yaxaldıq - TRAMP

Dünya

12 Sentyabr 2025, 16:30

Amerikalı sağçı aktivist Çarli Kirki öldürməklə şübhəli bilinən şəxs “yüksək ehtimalla” hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Fox" telekanalına müsahibəsində bildirib.

“Məncə, çox böyük ehtimalla biz onu tutmuşuq”, – deyə dövlət başçısı qeyd edib.

Tramp əlavə edib ki, şübhəlinin yaxalanmasına “çox yaxın olan bir insan” yardım göstərib. Lakin prezident həmin şəxsin kimliyini açıqlamayıb və saxlanılma barədə ona təxminən beş dəqiqə əvvəl məlumat verildiyini bildirib.

Prezident həmçinin ümid etdiyini vurğulayıb ki, əgər saxlanılan şəxs günahkar hesab olunarsa, o, ölüm cəzasına məhkum ediləcək: “Kirk ən yaxşı insan idi, o bunu əsla haqq etmirdi”, – deyə Tramp bildirib.

Xatırladaq ki, 31 yaşlı Çarli Kirk ABŞ-da prezident seçkiləri kampaniyası zamanı Donald Trampın ən yaxın müttəfiqlərindən biri kimi tanınırdı. O, ötən çərşənbə günü Yuta Universitetinin kampusunda çıxışı zamanı odlu silahla qətlə yetirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə