Modern.az

Ərdoğan Qətərə gedir

Ərdoğan Qətərə gedir

Dünya

12 Sentyabr 2025, 17:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14-15 sentyabr tarixlərində Qətərə səfər edəcək. Prezident Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası sammitində iştirak edəcək.

Modern.az xəbər verir ki, Ərdoğanın səfəri İsrailin Qətərin paytaxtı Dohaya son hava hücumundan sonra həyata keçirilir. HƏMAS-ın siyasi qanadını hədəf alan hücum əhəmiyyətli mübahisələrə səbəb oldu. Sammitdə hücumun regional tarazlıqlara təsiri və Fələstindəki humanitar böhran müzakirə olunacaq.

Sammitlərdə gündəliyə iqtisadi əməkdaşlıq məsələsinin də daxil olacağı gözlənilir. Ərdoğan bu görüşlərdə Türkiyənin mövqeyini açıqlayacaq.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə