Modern.az

Rusiyaya qarşı səbrim tükənir - Tramp

Rusiyaya qarşı səbrim tükənir - Tramp

Dünya

12 Sentyabr 2025, 18:02

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı Rusiyaya qarşı səbrinin "sanki tez tükəndiyini" bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"Bu sanki tez bitir. Amma tanqo üçün iki nəfər lazımdır. Rusiya Prezidenti Vladimir Putin bunu etmək istəyəndə, Ukrayna Prezidenti Volodimir Zelenski istəmirdi. Zelenski bunu etmək istəyəndə, Putin istəmirdi. Biz çox sərt hərəkət etməli olacağıq", - o bildirib.

D.Tramp əlavə edib ki, Rusiyanın indi Ukrayna münaqişəsinin nizamlanmasına hazır olub-olmadığını bilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!