Modern.az

HƏMAS lideri sağdır

HƏMAS lideri sağdır

Dünya

12 Sentyabr 2025, 23:32

HƏMAS hərəkatı Qəzza zolağındakı lideri Xəlil əl-Hayyanın sağ olduğunu elan edib.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında müvafiq bəyanat dərc olunub.

"HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Hayya gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində Dohada mərhum oğlu Humamın məzarını ziyarət edib", - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə HƏMAS-ın Dohadakı iqamətgahı İsrail tərəfindən hədəfə alınıb. Bəzi iddialara görə, zərbə nəticəsində Xəlil əl-Hayya və bir neçə HƏMAS rəsmisi öldürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə