Modern.az

Rusiyada güclü zəlzələ - Sunami təhlükəsi elan edildi

Rusiyada güclü zəlzələ - Sunami təhlükəsi elan edildi

Dünya

13 Sentyabr 2025, 08:22

Kamçatkada 7,7 bal gücündə zəlzələ qeydə alınıb.

Modern.az xəbər verir ki, zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə baş verib. 

Vilayətin qubernatoru Vladimir Solodov bildirib ki, zəlzələlər regional paytaxtda 4-6 bal hiss olunub. Sunami təhlükəsi elan edilib:

"Xalaktırski çimərliyinə və sunami təhlükəsi olan digər ərazilərə səfər edərkən xüsusilə diqqətli olun".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə