Modern.az

Serbiyada rəngli inqilab cəhdi uğursuz oldu

Serbiyada rəngli inqilab cəhdi uğursuz oldu

Dünya

14 Sentyabr 2025, 00:11

Serbiyada rəngli inqilab cəhdi uğursuz oldu.

 

Modern.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

 

Dövlət başçısı bildirib ki, ölkədə insanlar sadəcə olaraq normal yaşamaq, heç kim tərəfindən təzyiqə məruz qalmamaq, azad olmaq və hamı ilə eyni hüquqlara sahib olmaq istəyirlər: “Onlar rəngli inqilabın iflasa uğrayacağını başa düşməlidirlər. Hamımız birləşməli və ölkəni irəli aparmalıyıq”.

 

Qeyd edək ki, Serbiyada 140-dan çox yaşayış məntəqəsində vətəndaşlar tələbə aksiyalarına və blokadalara qarşı yürüşlər keçiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə