Modern.az

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

İsrail hərbçiləri Suriyanın iki kəndinə GİRDİ

Dünya

14 Sentyabr 2025, 18:57

İsrail hərbçiləri Suriyanın cənub-şərqində, Dəra əyalətində iki kəndə daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi məlumat yayıb.

 

Bildirilib ki, 1974-cü ildə müəyyən edilən atəşkəs xəttinə yaxın Saysun və Cemle kəndlərində hərbçilər axtarış tədbirləri həyata keçirib.

 

Suriya hökumət rəsmiləri isə bu əməliyyatı kəskin qınayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!