Modern.az

Bütün diqqətlər CHP-də: Məhkəmədə partiyanın taleyi həll olunacaq

Bütün diqqətlər CHP-də: Məhkəmədə partiyanın taleyi həll olunacaq

Dünya

15 Sentyabr 2025, 10:04

Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəmə prosesi bu gün davam etdirilir.

Modern.az xəbər verir ki, məhkəmə prosesi Ankara məhkəməsində keçiriləcək.

Məhkəmə partiyanın gələcəyi və Türkiyə siyasəti üçün mühüm əhəmiyyət daşıyır. İddialara görə, 4–5 noyabr 2023-cü ildə keçirilən qurultayda nümayəndələrin səsləri rüşvət qarşılığında satın alınıb. Bu əsasla sabiq Hatay Böyükşəhər Bələdiyyə başçısı Lütfü Savaş və bir qrup nümayəndə məhkəməyə müraciət edib. Ayrı-ayrı məhkəmələrdə açılan işlər sonradan Ankara məhkəməçsində birləşdirilib.

Şikayət edən tərə qurultayın nəticələrinin tamamilə ləğvini, hazırkı sədr Özgür Özəl və komandasının vəzifədən uzaqlaşdırılmasını, sabiq sədr Kemal Kılıçdaroğlunun rəhbərliyinin isə bərpa edilməsini tələb edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi