Ankara məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəmədə qərar çıxmayıb.
Modern.az xəbər verir ki, məhkəmə işi təxirə salınıb.
İclas oktyabrın 24-də davam etdiriləcək.
Qeyd edək ki, 4–5 noyabr 2023-cü ildə keçirilən qurultayda nümayəndələrin səslərinin rüşvət qarşılığında satın alındığı iddia edilir. Bu əsasla sabiq Hatay Böyükşəhər Bələdiyyə başçısı Lütfü Savaş və bir qrup nümayəndə məhkəməyə müraciət edib. Ayrı-ayrı məhkəmələrdə açılan işlər sonradan Ankara məhkəməçsində birləşdirilib.
Şikayət edən tərə qurultayın nəticələrinin tamamilə ləğvini, hazırkı sədr Özgür Özəl və komandasının vəzifədən uzaqlaşdırılmasını, sabiq sədr Kemal Kılıçdaroğlunun rəhbərliyinin isə bərpa edilməsini tələb edirlər.